Tramp: Biz, Avropanı Rusiyadan qoruyuruq, bunlar isə pul vermir

Vaşinqton uzun illərdir ki, Avropanı Rusiyadan qoruyur, amma avropalı tərəfdaşlar bunun üçün adekvat qiymət ödəmək istəmirlər.

 

Bu barədə ABŞ prezidenti Donald Tramp Ohayo ştatındakı seçkiqabağı mitinqində çıxışı zamanı bildirib.

 

“İllər boyu NATO ABŞ-dan bəhrələnib. Biz, Avropanı Rusiyadan qoruyuruq, rəqəmlər isə (NATO ölkələrinin xərcləri) son 15-18 il ərzində azalıb. Mən gedib onlara dedim ki, uşaqlar, siz pul ödəməlisiz", - o, vurğulayıb.

 

Trampın sözlərinə görə, məhz bu səbəbdən Avropa onu sevmir. Lakin sabiq prezident Barak Obama belə tələbləri irəli sürmədiyi üçün ona bu cür rəftar olunmayıb.