Təqaüdçü kişi məscid inşasına böyük məbləğ bağışladı

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Yar Çallı şəhərində meriya binasının yaxınlığında təxminən 2 ildir ki, Cümə məscidinin inşası üzrə işlər gedir.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, Alabuqa şəhərindən olan yaşlı kişi – təqaüdçü Marsel Sərvərov inşa edilməkdə olan “Cəmif” məscidinə baxmaq qərarına gəlir.

Bundan sonra o, müsəlman ibadətgahının inşasını maliyyələşdirən fondun hesabına 500 min rubl (təxminən 8250 dollar) köçürüb.