Tofiq Yaqubluya hökm oxundu

Milli Şuranın və Müsavat partitasının üzvü Tofiq Yaqubluya hökm oxunub.

 

Bu barədə Rakurs.tv-nin məhkəmədə iştirak edən əməkdaşı xəbər verir.

 

Xəbərə əsasən, Tofiq Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Onun ciddi rejimli həbsxanada saxlanılacağı da qərarda qeyd olunub.

 

Vurğulanır ki, AXCP sədri Əli Kərimli də məhkəmə binası qarşısına gələrək Tofiq Yaqublunun həbsini pisləyib və siyasi sifarişli olduğunu xatırladıb.

 

Məhkəmə binası qarşısında toplaşan insanların "azadlıq" və "istefa" şüarları səsləndirdikləri diqqətə çatdırılır.