Tofiq Yaqublu prokurorluqda izahat verib

Tofiq Yaqublu prokurorluqda izahat verib

Dekabrın 3-də Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Səbail Rayon Prokurorluğunda izahat verib.

Bu barədə AzadlıqRadiosuna T.Yaqublu özü məlumat verib.

T.Yaqublunun sözlərinə görə, izahat dekabrın 1-də Bakıda "Saleh Rüstəmova azadlıq" tələbi ilə keçirilən aksiya zamanı saxlanması, sonra polis bölməsində və şəhərdən kənara aparılarkən yolboyu ona fiziki təzyiq göstərilməsi ilə bağlı idi: "Prokurorluqda məni prokurorun köməkçisi Hilal Abbasov qəbul etdi. İzahat verdim, rəsmi qaydada şikayət ərizəsini təqdim etdim. Deyilənə görə, məsələ ilə bağlı araşdırma başlanıb".

Məsələ ilə bağlı Baş Prokurorluqdan və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma bundan əvvəl Daxili İşlər Nazirliyindən T.Yaqublunun bölmədə döyüldüyü ilə bağlı dediklərini təkzib etmişdilər.