Texasda qətliam! 18-i uşaq olmaqla 21 nəfər ölüb

Operativ.tv Haber Global-a istinadən verdiyi xəbərə görə, Texas ştatında məktəbə hücumda ölənlərin sayı 18-i uşaq və 3-ü böyük olmaqla 21 nəfərə çatıb. ABŞ prezidenti Joe Bayden silahlı hücumla əlaqədar "Allah rizası üçün silah lobbisinin qarşısına nə vaxt çıxacağıq?" deyib.
Texas senatoru Roland Qutierrez CNN-ə açıqlamasında son vəziyyətlə bağlı əyalət polisinin ona məlumat verdiyini və buna görə indiyədək 18-i ibtidai məktəbdən olan uşaq, 2-si böyük və təcavüzkar olmaqla 21 nəfərin həyatını itirdiyini bildirib.
Texas qubernatoru Greg Abbott hücumdan sonra keçirdiyi mətbuat konfransında 14 uşaq və 1 böyüyün öldüyünü açıqlayıb.
HÜCUM EDƏNİN ŞƏXSİYYƏTİ MƏLUM EDİLİB
Uvalde qəsəbəsindəki Robb İbtidai məktəbinə silahlı hücum edən Salvador Ramos olub. O, polislə atışmada zərərsizləşdirildiyi bildirilib.