Telman İsmayılov Monteneqroda sığınacaq alıb

Həbsdə olan məşhur azərbaycanlı biznesmen Telman İsmayılov Monteneqroda sığınacaq alıb.

APA-nın xəbərinə görə bu barədə “Vijesti” nəşrinə biznesmenin vəkili məlumat verib.

Nəşrin yazdığına görə, T.İsmayılov istintaq təcridxanasından buraxılıb.

Qeyd edək ki, Rusiyada qətllərdə və adam oğurluğunda ittiham olunan iş adamı Telman İsmayılov Moskvanın sorğusu əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb.

Rusiya ekstradisiya üçün lazım olan sənədləri Monteneqro tərəfinə təqdim etdiyini bildirib.