Tehranda İran-Türkiyə-Azərbaycan üçtərəfli iclası keçiriləcək

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən axşam İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə keçirdiyi mətbuat konfransında Türkiyə-Azərbaycan-İran Xarici İşlər Nazirlərinin üçtərəfli görüş mexanizminin Tehranda keçiriləcəyini açıqlayıb.
Çavuşoğlu Xarici İşlər Nazirliyi səviyyəsində görüşə ev sahibliyi etmək növbəsinin İranda olduğunu və üçtərəfli görüşü bu il ərzində keçirmək istədiklərini bildirib.