Tehranda "Fələstinə dəstək" mitinqi

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Tehranın Fələstin meydanına toplaşan vətəndaşlar sionist İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumları pisləyiblər.

HƏMAS-ın Tehran nümayəndəsi Xalid Qəddumi İsrail və ABŞ əleyhinə şüarların səsləndirildiyi mitinqdə çıxış edərək Fələstində dinc əhalini hədəfə alan və 45 nəfəri qətlə yetirən sionist İsraili beynəlxalq məhkəmələrdə cəzalanmasını istəyib. Fələstinlilərə qarşı mübarizənin davam etdiyini vurğulayan Qəddumi eyni qandan olan millətin heç vaxt parçalanmayacağını deyib. Qəzzədəki üç günlük müharibəni dəyərləndirən Qəddumi "Bu təcavüzün məsuliyyəti Sionist Rejimin üzərinə düşür, çünki bu rejim müqavimət komandirini öldürməklə müharibəyə başlayıb. Sionist düşmənlə müharibəmiz davam edir və bu müharibənin strateji məqsədi işğalçı rejimi məhv etmək və Fələstin xalqına qarşı qətliamları dayandırmaqdır. Sionist düşmən heç vaxt fələstinlilərin güclü iradəsini zəiflədə bilməyəcək. Onlar sonda Fələstin torpaqlarından qovulacaqlar "- ifadəsini işlədib.

İran mediasının məlumatına görə, mitinqdə İnqilab Keşikçiləri Ordusu komandanının müavini briqada generalı Əli Fədəvi də iştirak edib.