Tehran meri: “Etiraz aksiyasında 3 xarici vətəndaş həbs olunub”

Ötən gün Tehranda baş verən etiraz aksiyasında 3 xarici vətəndaş həbs olunub.

Operativ.tv APA-nın Tehran bürosunun məlumatına istinadən xəbərinə görə, bunu Tehran meri Möhsün Mənsuri deyib.

O bildirib ki, son günlər baş verən etiraz aksiyalarında Tehrandakı etiraz aksiyalarında xarici müdaxilə və Tehrandakı səfirliklərin müdaxilə izlərinə rast gəlinib.

Ötən gün keçirilən aksiyalarda 3 xarici vətəndaş saxlanılıb.

O saxlanılan şəxslərin hansı ölkənin vətəndaşı olduğunu açıqlamayıb.