Teatr rəhbəri etiraz edib - VİDEO

Oktyabrın 30-da ADO teatrının Mədəniyyət Nazirliyinə qarşı məhkəmə iddiasına baxılıb.
 
Teatr nazirliyin müraciətlərə baxmamasını və küçə tamaşalarına icazə verməməsini mübahisələndirir.
 
ADO-nun bədii rəhbəri Elmin Bədəlov  məhkəmənin önündə simvolik olaraq incəsənət azadlığının məhdudlaşdırılmasına etiraz edib.
 
Məhkəmə cavabdeh tərəfə məlumatlandırıcı sərancam göndərməyi bildirdi və məhkəməni təxirə saldı.
 
ADO teatrı 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edir.
 
Nazirlik bu məsələyə meriyanın, meriya isə nazirliyin baxdığını bildirib. 
 
Teatr Mədəniyyət Nazirliyini müraciətlərə baxılmadığına və küçə tamaşalarına icazə verilmədiyinə görə məhkəməyə verib.