Təbrizdə Şəhid Maarifə həsr olunmuş ilk klipin təqdimatı olub-VİDEO

Əl-Mustafa Beynəlxalq Universitetinin Təbriz nümayəndəliyində Şəhid Maarif Səfərovun anım tədbiri keçirilib.

Bu barədə məlumatı Giperssilka.ru- ya istinadən Operativ.tv verib. Tədbiri şəhidin tələbə yoldaşı Musa Hüseynzadə açaraq şəhidin həyatından qısa şəkildə danışıb. Daha sonra şəhidin ustadı Dr. Mehdi Bəxtavər çıxış edərək şəhadət mərtəbəsinə işarə edərək şəhid Maarifin yüksək mövqeyindən söz açıb.  Tədbirin davamında mədrəsənin ustad və tələbə heyəti qarşısında şəhid Maarifə həsr edilmiş ilk klip təqdim olunub.  Qeyd edək ki, "Şəhid Maarifim" klipi təmamilə şəhidin tələbə yoldaşları tərəfindən işlənmişdir. Klipin ifaçısı ilahiyyatçı, Əhli-beyt məddahı Rəhman İmanlı, sözləri ilahiyyatçı Seyid Ruslan Seyidov, musiqisi hər iki ilahiyyatçıya məxsusdur. Klipin rejissoru isə Mehdi Fərəcdir.