Təbrizdə Qarabağ şəhidi ilahiyyatçı Maarif Səfərovun xatirəsi anılacaq

Giperssilka.ru xəbər verir ki, 20 oktyabr Beynəlxalq Camiətul-Mustafa Elmiyyə Hövzəsi Təbriz mədrəsəsinin tələbəsi, ilahiyyatçı Kərbəlayi Maarif Səfərovun şəhadətinin ildönümü günüdür. Bu münasibətlə 20 oktyabrda Təbriz Mədrəsəsində anım mərasimi keçiriləcəkdir.  
İkinci Qarabağ Müharibəsində gedən döyüşlərdə şəhid olan İlahiyyatçı Şəhid Maarif 20 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəlib. Şəhid M.Səfərov Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.  
Qəhrəman şəhidimiz ölümündən sonra ''Vətən uğrunda'' medalı ilə təltif edilib.
Şəhid Maarif 21 may 1997-ci ildə Cəlilabad rayonunda dünyaya göz açıb.