Tbilisidə Xanım Zeynəbə (s.ə.) həsr olunmuş tədbirdə zəlzələdən zərər çəkənlərə dualar edilib

Tbilisi Alul-Beyt mərkəzində, “Zeynəbi Kübranın nümunəvi həyat tərzi” mövzusunda keçirilən seminarda Türkiyədə və Suriyada həlak olanlara və yaralılara dualar edilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu gün Tbilisidə Həzrət Zeynəbin (s.ə) anım gününə həsr olunmuş “Zeynəbi Kübranın nümunəvi həyat tərzi” mövzusunda seminar keçirilib.

Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Müsəlman Qadınları İcmasınn təşkilatçılığı ilə Alul-Beyt Mərkəzininin konfrans salonunda keçirilən seminarda paytaxt Tbilisidən, ətraf şəhər və kəndlərdən xanımlar iştirak ediblər.

Qurani-Kərimin tilavəti ilə başlayan seminarda oxunan ayələrin savabı Türkiyə, Suriya və digər yerlərdə təbii fəlakətdən dünyasını dəyişənlərin və şəhidlərin ruhuna tapşırılıb. Uçqunlar altında qalanların sağ qalmaları və yaralıların şəfası üçün dualar edilib.

Çıxış edən din müəllimələri Hz. Zeynəbin (s.ə.) örnək həyat tərzi, Kərbəla hadisəsindəki rolu, Hz. Zeynəbin (s.ə.) timsalında nümunəvi qadın və ailə anası haqda ətraflı danışıblar.

Seminarda həmçinin, Hz. Zeynəbin (s.ə.) həyatından bəhs edən videoçarx nümayiş etdirilib və şeirlər oxunub.