Tayvanda yanğında ölənlərin sayı 46-ya çatıb

Tayvanın Haosyun şəhərində oktyabrın 14-nə keçən gecə baş vermiş yanğında ölənlərin sayı 46-ya çatıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Haosyun şəhərinin yanğınsöndürmə departamenti məlumat yayıb.

Yanğının söndürülməsinə 159 yanğınsöndürən cəlb olunub, alovun qarşısı səhərə yaxın alınıb.