Tanınmış jurnalist haqqında qərar verildi

Türkiyəli jurnalist Can Dündar haqqında İstanbul Ağır Cəza Məhkəməsi qərar verib.

“Milliyet”ə istinadən xəbər verilir ki, qərara xaricdə olmağı səbəbi ilə jurnalist haqqında qiyabi həbs çıxarılıb və həmçinin onun haqqında qırmızı xəttlə axtarış elan olunub.

Növbəti məhkəmə iclası mayın 9-da keçiriləcək.

Xatırladaq ki, Can Dündara “dövlətə dair gizli sənədləri yayımlamaq” maddəsinə görə 5 il 10 ay, Erdem Gülə də eyni maddəyə görə 5 il həbs cəzası verilməsi prokuror tərəfindən ləğv edildikdən sonra məhkəmə sənədləri yenidən baxılması üçün İstanbul 14 Ağır Cəza Məhkəməsinə göndərilmişdi.