“Taliban xarici səfirliklərin açılmasını gözləyir

Eastnews.org-un verdiyi xəbərə görə, “Taliban” bu ilin sonuna qədər Kabildə bir sıra xarici dövlətlərin səfirliklərini açmağı gözləyir.   Bu barədə RİA Novosti-yə siyasi ofisinin sözçüsü Məhəmməd Naim bildirib.   "Biz səfirliklərin gələn ilə qədər açılmasını gözləyirik, lakin bu ölkələri dəqiqləşdirə bilmərəm", - Naim bildirib.   Bundan əvvəl KİV Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəkinin başçılıq etdiyi nümayəndə heyətinin Dohada ABŞ da daxil olmaqla 10-dan çox ölkənin diplomatları ilə görüş keçirdiyini yazıb.