Taliban Tehranda keçiriləcək toplantıda iştirak etməyəcəyini açıqlayıb

İran Rusiyada keçirilən analoji görüşdən sonra Tehranda Əfqanıstanın qonşuları ilə görüş keçirməyə hazırlaşarkən Taliban Moskva görüşündən fərqli olaraq Tehran sammitində iştirak etməyəcəklərini açıqlayıb. Bu barədə məlumatı Rasthaber-ə istinadən Operativ.tv verib.

"Əfqanıstanın gələcəyi" toplantısı oktyabrın 20 -də Moskvada Rusiya, Çin, İran və Pakistan da daxil olmaqla 10 ölkədən nümayəndələrlə keçirilmişdi.

Taliban sözçüsü Zəbihullah Mücahid, 24 oktyabrda Əfqanıstanın Ariana xəbər agentliyinə verdiyi açıqlamasında, Taliban yığıncağında onlardan heç kimin qatılmayacağını söyləmişdi.

Mücahid Taliban administrasiyasının nümayəndəsinin Tehran görüşünə niyə qatılmayacağını açıqlamamışdı, lakin bu cür görüşlərin Əfqanıstanın gələcəyi üçün faydalı olduğunu da bildirmişdi.

Bundan əvvəl İranın Kabildəki səfirliyi çərşənbə günü Tehranda Rusiya və Əfqanıstanın xarici işlər nazirlərinin ikinci görüşünün keçiriləcəyini bildirmişdi.