Taliban son dörd ayda Əfqanıstanda 100-dən çox polis və təhlükəsizlik işçisini edam edib - Human Rights Watch

 Taliban Əfqanıstanı nəzarətə götürəndən sonra indiyədək azı 100 sabiq polisi və təhlükəsizlik işçilərini müxtəlif üsullarla edam edib.

SalamNews xəbər verir ki, bu barədə İnsan Hüquqları Təşkilatı (Human Rights Watch) bəyanat verib.

Təşkilatın bu gün verdiyi hesabata əsasən, Taliban hərəkatı avqust ayında Əfqanıstanı nəzarətə götürəndən indiyədək azı 100 polis və təhlükəsizlik işçisini müxtəlif yollarla edam edib.

Bildirilib ki, Taliban ümumi əfv elan etsə də vədlərinə əməl etməyib.

Əlavə edilib ki, bu rəqəm təkcə Əfqanıstanın dörd əyalətinə, yəni Helmənd, Qəzni, Qəndəhar və Künduz əyalətlərinə aiddir.

Qeyd edək ki, Taliban Kabili tam olaraq avqust ayının 15-də nəzarətə götürüb. Müxtəlif beynəlxalq hüquq təşkilatları Əfqanıstanın Talibanın nəzarətinə keçməsinin 100-cü günü ilə bağlı son həftələrdə çoxsaylı hesabatlar yayımlayıblar.