Taliban rəsmisi: Biz Əfqanıstanın yenidən dünya silah laboratoriyasına çevrilməsinə icazə verməyəcəyik

Eastnews.org-un verdiyi xəbərə görə, Talibanın Müvəqqəti Hökumətinin Qaçqınlar Naziri Əfqanıstanda birliyin gücləndirilməsinin zəruriliyinə toxunub. O qeyd edib ki, biz bu ölkənin yenidən dünya silah laboratoriyasına çevrilməsinə imkan verməyəcəklər. Əfqanıstan Milli Televiziyası Talibanın qaçqınlarla iş üzrə müvəqqəti naziri Xəlil Rəhman Həqqaniyə istinadən deyib:   "Taliban dünyanın Əfqanıstanda yüngül və ağır silahlarını yenidən sınaqdan keçirməsinə icazə verməyəcək".   Həqqani çıxışının bir hissəsində əfqan xalqının birliyinə və bir-birini qəbul etməsinə toxunaraq bildirib ki, ölkənin indi birliyə həmişəkindən daha çox ehtiyacı var.   Talibanın qaçqınlar naziri vurğulayıb ki, xalq Əfqanıstanın yenidən qurulmasına töhfə verməlidir.