Taliban: Əl-Qaidə liderinin olduğu deyilən evdə heç bir cəsəd tapılmayıb

“Əymən Zəvahirinin olduğu deyilən və ABŞ tərəfindən vurulan evdə heç bir cəsəd yoxdur.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu Taliban hərəkatının sözçüsü Zəbihulla Mücahid “Azadlıq Radiosu”na deyib.

Əfqanıstanın Taliban hərəkatının sözçüsü Zəbihullah Mücahid bu gün, şənbə deyib ki, Vaşintonun Əl-Qaidə lideri Əymən Zəvahirinin öldürülməsi əməliyyatında hədəfə aldığı evdə heç bir cəsəd tapılmayıb.

Qeyd edək ki, Taliban hərəkatı bundan öncə Əymən Zəvahirinin Əfqanıstanda olması ilə bağlı hər hansı bir məlumata malik olmadığını demişdi.

ABŞ hökuməti Taliban hərəkatını Əl-Qaidənin sabiq liderinə sığınacaq və dəstək verməkdə ittihamlandırıb.