“Taliban”: İŞİD-in öhdəsindən özümüz gələ bilərik

Az.shafaqna.com “Associated Press”-ə istinadən xəbər verir ki, “Taliban” Əfqanıstandakı ekstremist qruplaşmalarının qarşısının alınması sahəsində ABŞ-la əməkdaşlığı istisna edib.

Bu barədə “Taliban” nümayəndəsi Süheyl Şahin bəyan edib.

(“Taliban”) İŞİD-in Əfqanıstandakı qolu ilə mübarizədə Vaşinqtonla əməkdaşlıq etməyəcək”, – deyə o qeyd edib.

İŞİD-in öhdəsindən müstəqil şəkildə gələ bilərik”, – deyə o, “Taliban”-ın İŞİD terrorçuları ilə mübarizənin öhdəsindən gələ bilib-bilməyəcəyi barədə sualı cavablandırarkən qeyd edib.