Taliban hava limanları üçün BƏƏ ilə razılaşıb

Əfqanıstanda administrasiyanı ələ keçirən Taliban, Türkiyənin də arzuladığı hava limanlarının idarəçiliyini Birləşmiş Ərəb Əmirliklərinə verdi.
Operativ.tv Haber Global-a istinadən verdiyi xəbərə görə, Taliban administrasiyası Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Əfqanıstanda hava limanlarının istismarı üçün müqavilə imzalayacağını açıqlayıb.
"Reuters"in verdiyi xəbərə görə, bu barədə "Taliban"ın liderlərindən olan Molla Əbdülqəni Baradar "Twitter" hesabında açıqlama verib.
Baradarın BƏƏ ilə vəzifə bölgüsü razılaşmasını elan etdiyi mesaj Türkiyə və Qətərin iştirakı ilə aylarla davam edən danışıqlardan sonra gəldi.
BƏƏ, Türkiyə və Qətər bir müddətdir ki, Kabil və Əfqanıstanda hava limanlarının istismarı üçün Talibanla danışıqlar aparır.
Türkiyə və Qətər hava limanlarının istismarı və təhlükəsizliyini dəstəkləmək üçün Əfqanıstana müvəqqəti texniki qruplar göndərmişdi.
Əfqanıstanda strateji əhəmiyyətli Kabil Həmid Kərzai hava limanının və digər hava limanlarının istismarı avqust ayında Talibanın hakimiyyəti ələ keçirməsindən sonra gündəmə gəlib.