Taliban Dohada Avropa rəsmilərilə danışıqlar aparır

 Taliban hərəkatı və hökumətinin nümayəndə heyəti Qətərin paytaxtı Dohada bəzi Avropa dövlətlərinin rəsmilərilə danışıqlar aparır.

SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, Talibanın nümayəndə heyəti Qətərin paytaxtı Dohada Avropa İttifaqının və Britaniyanın rəsmilərilə görüşərək danışıqlar aparıblar.

Taliban hökumətinin tanınması, Əfqanıstana yardımlar, sabiq Əfqanıstan hökumətinə aid dondurulmuş pulların sərbəst buraxılması Taliban tərəfinin əsas tələbləridir.

Qeyd edək ki, Dohada Talibanın müzakirə etdiyi əsas tərəf ABŞ-dır. Artıq bu danışıqlar bir neçə gündür davam edir. ABŞ və Avropa da digər region və dünya dövlətləri kimi Əfqanıstanda əhatəli hökumətin qurulması, qadınların ictimaiyyətdə rolu, terrora qarşı mübarizə və sair mövzularla bağlı tələblər irəli sürürlər.