Taliban ABŞ-la danışıqlar üçün Qətərə nümayəndə heyəti göndərib

 Taliban hökumətinin nümayəndə heyəti ötən gün axşam Qətərə yola düşüb.

SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, Taliban hərəkatının və hərəkatın təşkil etdiyi hökumətin nümayəndə heyəti ötən gün Dohaya yola düşüb.

Bu səfərdən məqsəd çoxdandır gözlənilər Taliban-ABŞ danışıqlarını təmin etməkdir.

Qeyd edək ki, Taliban Əfqanıstanı nəzarətə götürəndən sonra ikinci dəfədir ki, ABŞ-la danışıqlara başlayır.

Taliban hökuməti rəsmən tanınmasını, Doha anlaşmasının şərtlərinə əməl edilməsini, sabiq Əfqanıstan hökumətinə aid xarici banklarda dondurulmuş 9-10 milyard dolların sərbəst buraxılmasını və sair tələb edir. ABŞ hökuməti isə Əfqanıstaqnda əhatəli hökumətin təşkili və Vaşinqtona maraqlı olan digər məsələləri tələb edir.