Taliban ABŞ-ı düşmən hesab etmir

Siracuddin Həqqani: Talibanın daxili işlər naziri ABŞ-ı düşmən kimi görmədiyini və gələcəkdə bu ölkə ilə yaxşı münasibətlər quracağını deyir. Halbuki ABŞ Həqqani haqqında məlumat verənə 10 milyon dollar mükafat təklif edib.
Operativ.tv Shia-news-a istinadən xəbərinə görə, Talibanın daxili işlər naziri Siracuddin Həqqani ABŞ-ı düşmən kimi görmədiyini və gələcəkdə bu ölkə ilə yaxşı münasibətlər quracağını deyir. Halbuki ABŞ Həqqani haqqında məlumat verənə 10 milyon dollar mükafat təklif edib.
ABŞ mediasına müsahibə verən Siracuddin Həqqani deyib ki, Taliban Kabilə nəzarəti ələ keçirdikdən sonra Taliban və ABŞ arasında münasibətlər dəyişib və qrup hal-hazırda ABŞ ilə diplomatik əlaqələr qurmağa çalışır.
“Hazırda biz Birləşmiş Ştatlara düşmən kimi baxmırıq və diplomatiya haqqında dəfələrlə danışmışıq.”
Həqqani Birləşmiş Ştatlara münasibətin dəyişməsindən və bu ölkə ilə münasibətləri yaxşılaşdırmaq səylərindən danışaraq, onun hələ də ABŞ Federal Polisi tərəfindən axtarışda olanlar siyahısında olduğunu və həbsi üçün 10 milyon dollar mükadat təyin olunduğunu deyir.
Xatırladaq ki, Həqqani ilk dəfə Kabilə qayıdanda və Daxili İşlər Naziri postuna keçəndə, rəsmi görüşlərdə üzünü örtərək  əlində silah götürərkən uzun müddət ictimaiyyət qarşısına çıxmadı. Amma bir müddətdir ki, ictimaiyyət qarşısına çıxır. Bu qərarın ABŞ və “Həqqani” şəbəkəsi arasında gizli razılaşma əsasında verilib-verilmədiyi bəlli deyil. ABŞ indiyədək Həqqaniyə qarşı tədbir görməyə cəhd etməyib.