Tale Bağırzadə Gözəl Bayramlının vəfatından yazdı

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə AXCP sədr müavini Gözəl Bayramlının vəfatı ilə bağlı baş sağlığı mesajı yayımlayıb.

 

Operativ.tv Müsəlman Birliyi Hərəkatının rəsmi facebook səhifəsinə istinadən sözügedən mesajı təqdim edir:

 

"Onun mübarizə dolu həyatının səhifələri hələ çox-çox oxuncaq bir səlnamə olacaq. Sevənləri üçün xəstəliyə belə boyun əyməyən əzmi, dostlar üçün mücadilədən yorulmayan inamı, düşmənlər üçün isə mərd və mərdanə duruşu onu ölümsüzləşdirdi. Təəssüf ki, uzun sürən xəstəlik hələ bir çox naliyyətlər bəxş edəcək ruhiyyəli bir ömrün son nöqtəsini qoydu.
Gözəl xanım Bayramlı! Onun ölümü hər bir azadlıq sevən fərdin daxilinə bir qüssə, kədər yanğısı gətirdi. Biz bu ağrılı ayrılıq səbəbindən başda ailəsi, yaxınları, sevənləri olmaqla hər bir kəsə baş sağlığı verir, Allahdan Gözəl xanıma rəhmət dilləyirik. Ruhun şad olsun Gözəl xanım"

Tale Bağırzadə.
Müsəlman Birliyi Hərəkatının sədri
Qobustan həbsxanası
10.08.2020