Tailandda uşaq evinə silahlı hücumda ölənlərin sayı 36-ya çatıb

Tailandda uşaq evinə silahlı hücum zamanı ölənlərin sayı 36-ya çatıb.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, hadisəni törədən şəxs narkotik ittihamı ilə işdən qovulmuş keçmiş polis əməkdaşı olub. O uşaq evinə hücumla yanaşı, öz həyat yoldaşını və övladını öldürüb, daha sonra isə intihar edib.

Xatırladaq ki, Tailandın şimal-şərqindəki uşaq evində baş vermiş silahlı hücum nəticəsində ən azı 36 nəfər qətlə yetirilib ki, onların 24 nəfəri uşaqlardır. Ən azyaşlı qurbanın 2 yaşı olub.

Əlavə olaraq bildirilib ki, azı 12 nəfər də xəsarət alıb.