Tahir Kərimli: Aministiya qəbul etməlidir ki, bu günə qədər kim nə qazanıbsa, mənbəyi soruşulmayacaq

Tahir Kərimli: Aministiya qəbul etməlidir ki, bu günə qədər kim nə qazanıbsa, mənbəyi soruşulmayacaq

Milli Məclisdə əmək pensiyasının minimum məbləğinin 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunması barədə qanun layihəsini qəbul edib.
 
Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.
 
Layihənin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib ki, sabiq deputatlar pensiyanın məbləğindən narazılıq edirlər. "Onlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın".
 
Deputat pensiyada olan deputatların pensiyasının artırılmasını təklif edib və dövlət qurumlarını bu məsələyə baxmağa çağırıb.
 
Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli bu məsələ gündəmdə olduğunu və deputatların pensiyasınının artırılmasının nəzərdə tutulduğunu deyib.
 
Tahir Kərimli maliyyə amnistiyası elan edilməsini də təklif edib. O bildirib ki, büdcəni bir neçə dəfə artırmaq üçün maliyyə aministiyası elan etməkdən başqa yol yoxdur:
 
"Qisasçılıq, milliləşdirmə yol deyil. Bu, bazar iqtisadiyyatıdır, insanlar şəxsi mülkiyyətini artırıblar. Onminlərlə belə insan var. Bunları biz nə üçün cinayətkar kimi təqib etməliyik? Niyə daim onları mallarını geri almaq qorxusu ilə yaşadaq, pullarına göz dikək? Bunun üçün də maliyyə aministiyası elan etməliyik. Milli Məclis aministiya qəbul etməlidir ki, bu günə qədər nə qazanıblarsa, onların mənbəyi soruşulmayacaq. Onlar gəlib vətəndə investisiya qoysunlar, iş yeri açsınlar".
 
Deputat siyasi partiyalarda işləyənlərin də sosial təminata ehtiyacı olduğunu deyərək, onların maaşlarının artırılmasını təklif edib.
 
Meydan.Tv

Facebook