Tacikistan şiə lideri şəhid olub

Xəbər mənbələri verdiyi məlumata görə, Tacikistanın Xaruk şəhərində təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyatı zamanı tacik şiələrinin lideri öldürülüb.
Operativ.tv Shia News-a istinadən məlumatına görə, xəbər mənbələri Tacikistan şiələrinin liderinin Tacikistanın Xaruk şəhərində təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyatı zamanı şəhid olduğunu bildirib.
Bəzi xəbər mənbələri bildiriblər ki, tacik şiə lideri və Bədəxşan bölgəsindəki şiə liderlərindən biri sayılan Məhəmməd Baqir Məhəmməd Bağırov bazar günü Tacikistanın Xaruk şəhərində xüsusi təhlükəsizlik əməliyyatı zamanı şəhid olub.
Bəzi media mənbələri Şəhid Bağırovun axşam saat 17:30-da Tacikistan hökumətinin hərbi və təhlükəsizlik qüvvələrinin Xoruk şəhərində keçirdiyi əməliyyat zamanı terror edildiyini bildirib.
Maraqlıdır ki, Xaruk şəhəri son bir neçə həftə ərzində şəhər qubernatorunu devirmək üçün etiraz aksiyalarına şahidlik etsə də, hökumət qüvvələri etirazçıları yatızdırıb, onlarla insanı öldürüb və yaralayıb.
Tacikistanın rəsmi mənbələri hələlik bu xəbəri şərh etməyib və Tacikistan şiə liderini kimin şəhid etdiyi dəqiq məlum deyil.