Şuşada yeni məscidin inşaat işlərinə başlanılıb

Mayın 10-da Prezident İlham Əliyev Şuşada yeni məscidin tikinti işləri ilə tanış olub. Bu barədə president.az xəbər verib.

Məlumata görə, məscidin layihəsi üzrə işlər başa çatıb və inşaat işlərinə başlanılıb.

Xatırladaq ki, yeni məscidin təməli 12 may 2021-ci il tarixində qoyulub. İbadət evinin dizaynındakı qoşa minarə 11 rəqəmi, iki günbəz isə 8 gəqəmi ilə əlaqələndirilir. Bu isə öz növbəsində 8 noyabr, yəni Şuşanın işğaldan azad edildiyi günə işarədir.