Suriyaya raket zərbələri endirildi - Ölənlər var

Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyatı ilə terrordan təmizlənən Bab rayon mərkəzinə raket hücumu olub. 

Operativ.tv Unikal-a istinadən xəbər verir  ki, mülki əhalinin sıx yaşadığı rayon mərkəzinə edilən hücumda aralarında uşaqların da olduğu 9 mülki şəxs həyatını itirib, 15-i isə yaralanıb.

Hücumun mənbəyi ilə bağlı araşdırmalar davam edir.