Suriyanın şərqində silah anbarında şiddətli partlayış olub

Bu gün səhər Suriyanın Homs əyalətinin şərqində silah anbarında şiddətli partlayış baş Verib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, partlayış Homs əyalətinin şərqində Təll-Şinan kəndi yaxınlığında olan hərbi qərargahda baş verib.

Partlayışlar bir saatdan çox çəkib.

Yaxınlıqda olan sakinlər bölgədən təxliyə edilib.

Bu partlayışda ölən və yaralıların olmadığı deyilir.

Hadisənin səbəbi haqda məlumat verilməyib.