Suriyanın şimal-şərqində ABŞ karvanına hücum edilib, iki yük maşını sıradan çıxıb

Suriyanın şimal-şərqində ABŞ karvanı partlayışa məruz qalıb. İki maşın yanıb.

SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, bu gün Həsəka əyalətinin əl-Malikiyyə bölgəsində ABŞ-ın hərbi logistik yüklərini daşıyan karvan hücuma məruz qalıb.

Əlavə edilib ki, hücum yolda quraşırılmış və ya basdırılmış bomba vasitəsilə həyata keçirilib.

Karvanın partlayışa məruz qalması nəticəsində iki yük maşını yanıb.

Qeyd edilib ki, bu karvan Suriyada Fəratın şərqində olan ABŞ qüvvələri və separatçı kürd birləşmələrinə hərbi logistik yük aparırmışlar.

ABŞ qüvvələri və onun dəstəklədiyi separatçı kürd birləşmələri İŞİD-lə mübarizə adı ilə 2014-cü ildən bölgəni nəzarətə götürüblər.