Suriyanın Dəra şəhərində bombalı hücum

Operativ.tv Rasthaber-ə istinadən verdiyi məlumata görə, Suriyanın Dəra şəhərinin Bəsrə meydanında terrorçular tərəfindən şəxsi avtomobilə yerləşdirilmiş bombanın partladılması nəticəsində 1 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
Digər tərəfdən, iki gün əvvəl Suriyanın şimal ətraflarında naməlum şəxslər tərəfindən köhnə Dəməşq-Dara yolunun kənarına yerləşdirilmiş partlayıcının işə salınması maddi ziyana səbəb olub.