Suriyada yerləşən ABŞ bazasına zərbələr endirilib

Eastnews.org-un veridyi xəbərə görə, İraq istiqamətindən havaya qalxan 3 naməlum PUA-nın Suriya səhrasının cənubundakı ABŞ qoşunlarının yerləşdiyi at-Tanf qarnizonuna hücum etdiyi bildirilir.   Bu barədə Suriya mətbuatı məlumat verib.    Məlumata əsasən, daha 2 pilotsuz uçan aparatın Suriyadan çıxdığı bildirilir. Zərbələr günorta saatlarında tərk edilmiş ABŞ-ın 3 hədəfi və "Maqavir as-Saura" qrupunun 2 hədəfinə zərbələr endirilib.   Zərərçəkənlər barədə məlumat yoxdur. Hücumun Homs vilayətindəki at-Tanfdan İsrail hava hücumlarından qisas alacağını vəd etmiş İran tərəfdarı birləşmələri tərəfindən edildiyi iddia edilir.   ABŞ Mərkəzi Komandanlığının sözçüsü ət-Tanf qarnizonunun raket hücumuna məruz qaldığını bildirib. ABŞ hərbçiləri arasında itkinin olmadığını açıqlayıb.