Suriyada neftçilərin avtobusuna hücum edilib, azı 10 ölən var

Suriyanın Dirazzur əyalətində neftçilərin avtobusuna hücum edilib. Ölənlər var.

SalamNews bu barədə Suriyanın Dövlət Xəbər Agentliyi SANA-a istinadla xəbər verir.

Bildirilib ki, Dirazzurda yerləşən əl-Xarrata neft yatağının işçilərini daşıyan avtobusa terror hücumu olub.

Bu hücum nəticəsində işçilərdən 10 nəfər həyatını itirib.

Bir işçi yaralanıb.

Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib.