Suriyada mülki vətəndaşlar qətlə yetirildi

Eastnews.org-un verdiyi xəbərə görə, iyunun 19-da ABŞ-ın başçlıq etdiyi koalisiya qüvvələrinin aviasiyası Suriyanın Hasəkə vilayətində mülki vətəndaşları qətlə yetirib.

Belə ki, koalisiya aviasiyasının bombardmanı nəticəsində Həsakə vilayətinin Suriya-İraq sərhədinə yaxın ərazidə yerləşən Təl əş-Şair məntəqəsində 12 mülki vətəndaş həyatını itirib.

Dünyasını dəyişənlərin hamısının bir ailənin üzvləri olduğu bildirilir. Qeyd edək ki, koalisiya qüvvələri İŞİD terrorçuları ilə mübarizə adı altında dəfələrlə mülki vətəndaşları qətlə yetirib.