"Suriyada müharibədə 306 mindən çox dinc sakin həlak olub" - BMT

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Suriyada 2011-ci ilin martında başlayan vətəndaş müharibəsində 306 mindən çox mülki şəxsin həlak olduğunu açıqlayıb.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, BMT-nin insan haqları üzrə yüksək səviyyəli rəsmisi Mişel Baçelet 11 il əvvəl başlayan vətəndaş müharibəsində ölənlərin sayının “müharibənin şiddəti və miqyası üçün daha aydın çərçivə” yaratdığını bildirib.Can itkisinə aclıq, susuzluq və ya tibbi çatışmazlıqlar səbəbindən həyatını itirənlər deyil, yalnız münaqişədə birbaşa öldürülən mülki şəxslər daxildir.