Suriyada ABŞ və Rusiya təyyarələri arasında gərgin anlar yaşanıb

Rusiyanın hərbi nəqliyyat təyyarəsi ABŞ-ın pilotsuz təyyarəsi ilə toqquşmaqdan son anda yayına bilib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyaqdakı “Sülh Mərkəzi” bəyanat verib.

Bildirilib ki, “ABŞ-ın rəhbərlik etdiyi “beynəlxalq antiterror koalisiyası” Suriya Ərəb Respublikasının hava məkanında pilotsuz təyyarələrin hücum avadanlıqları ilə birgə qanunsuz uçuşlarını davam etdirir”.

Bəyanata görə, qəza təhlükəsi oktyabrın 3-də yerli vaxtla saat 04:25-də Suriyanın şimalında Rusiya bölmələrini lazımi hərbi təchizatla təmin etmək üçün uçan An-26 təyyarəsinin ABŞ-ın iki MQ-9 və MQ-1 pilotsuz təyyarəsi ilə toqquşma ehtimalından ibarət olub.

Bəyanatda qeyd edilib ki, ABŞ hərbçiləri Suriyada əməliyyatlar zamanı qəzaların qarşısının alınması və uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair anlaşma memorandumunun (Rusiya və Amerika tərəfləri arasında) müddəalarını pozurlar.