Suriyada ABŞ-ın nəzarətində olan bazalara PUA-larla hücum edilib

Suriya İordaniya sərhədində yerləşən ət-Tənif bölgəsində ABŞ qüvvələrinin və onların dəstəklədiyi yerli birləşmələrin olduğu mövqelərə PUA-larla hücum edilib. Operativ.tv SalamNews xəbər verir ki, bu barədə ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya tvitter hesabında məlumat yayıb.Bildirilib ki, “ət-Tənif bölgəsində naməlum PUA-ların hücumu baş verib. PUA-lardan biri vurulub, digəri isə geri qaytarılıb. Əlavə edilib ki, bu sübh baş tutan hücumda “Məğavir əs-Səurə” hərbi birləşməsində və ABŞ qüvvələri sırasında yaralanan olmayıb.Budan öncə sözügedən məkana edilən hücumun İran və Rusiya tərəfindən həyata keçirildiyi iddia edilmişdi.