Suriyada 36 İŞİD üzvü zərərsizləşdirilib

İraq Suriyada İŞİD terrorçularına qarşı əməliyyat təşkil edib.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, İraq hərbi hava qüvvələrinə aid təyyarələr 36 İŞİD üzvünü zərərsizləşdirib.
 
Əbu İslam, Əbu Tarik Əl Həmədani, Əbu Məryəm Əl Akkavi, Əbu Hüseyn, Əbu Yasir, Əbu Cəfəri terror qrupunun öldürülən liderləri arasında yer alıb.
 
Bildirilir ki, əməliyyat İraq baş naziri Heydər Əl İbadinin göstərişi ilə 19 apreldə reallaşdırılıb.