Suriya xalqı iqtisadi terrorla üz-üzədir

Suriya xarici işlər nazirinin müavini ölkəyə qarşı tətbiq edilən sərt sanksiyaları tənqid edərək, Suriya xalqının iqtisadi terrora məruz qaldığını bildirib.

Suriya xarici işlər nazirinin müavini Bəşər Cəfəri bazar ertəsi BMT-nin İnsan Haqları Şurasında Qərbin Suriya xalqına qarşı sərt sanksiyalar tətbiq etməsinə toxunaraq deyib ki, məcburi tədbirlər Suriya vətəndaşlarını hədəf alan iqtisadi terrora çevriləcək. Suriya xarici işlər nazirinin müavini bəyan edib ki, bu məcburi tədbirlər Suriya vətəndaşlarının həyat, sağlamlıq, təhsil və hər cür inkişaf hüququnu hədəf alır.

Məlum olduğu kimi, Avropa Birliyi və ABŞ terrorçulara dəstək istiqamətində 2011-ci ildən bəri müxtəlif sanksiyalarla Suriyanı hədəf alır. “Sezar” qanunu 2019-cu ildə ABŞ Konqresi tərəfindən təsdiqlənib. Qanuna əsasən, ABŞ hökuməti Suriyadakı qurumlara və şəxslərə qarşı sərt sanksiyalar tətbiq edərək onları çətin vəziyyətdə qoyub. Bu sanksiyalara neft idxalının məhdudlaşdırılması və ya qadağan edilməsi, Suriya Mərkəzi Bankının Avropa Birliyindəki aktivlərinin bloklanması daxildir.