Suriya səfiri: İŞİD və Nusra yaraqlıları Ukraynaya köçürülüb

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Suriyanın Moskvadakı səfiri Riyad Həddad, Rusiya mərkəzli TASS xəbər agentliyinə danışarkən, "ABŞ, Qərb və Türkiyənin İŞİD və Nusra Cəbhəsindən silahlı terrorçularını İdlibdən Ukraynaya göndərməsinə təəccüblənmirik, çünki bu qruplar, adları fərqli olsa da, Qərbin dinc xalqlara qarşı istifadə etdiyi alətlərdir” deyib.
Bu cür hərəkətlərlə Ukraynanın terrorçuların və muzdluların toplaşdığı mərkəzə çevriləcəyini bildirən Həddad bunun dünya təhlükəsizliyi üçün mənfi nəticələri olacağını vurğulayıb.