Suriya rəsmisi Türkiyəyə sərt xəbərdarlıq etdi

Suriya rəsmisi Türkiyəyə sərt xəbərdarlıq etdi

Operativ.tv "SANA" agentliyinə istinadən xəbər verir ki, Suriyanın Xarici İşlər nazirinin müavini Feysəl Miqdad Türkiyənin Fərat çayının şərqində keçirəcəyi hərbi əməliyyata münasibət bildirib.

 

Feysəl Miqdad vurğulayıb ki, Suriya ordusu ölkənin hər qarışını müdafiə edəcək.

 

"Başqaları özünü təhlükəyə atmamalıdır. Biz torpağımızı qoruya biləcək gücdəyik", - deyə Feysəl Miqdad diqqətə çatdırıb.

 

O, qeyd edib ki, Suriya hökuməti ölkə torpaqlarına başqalarının nəzarət etməsinə icazə verməyəcək.

Facebook