Suriya-İraq sərhəddində ABŞ bazasında partlayış olub

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İraq mənbələri bu ölkədə Suriya sərhədi yaxınlığındakı Amerika hərbi bazasında iki partlayış olduğunu bildirib.
İraqın bəzi xəbər mənbələri İraqdakı əl-Ömər neft yatağındakı Amerika bazasında iki partlayışın baş verdiyini bildirib.
Bu neft yatağı İraq və Suriya sərhədində yerləşir. Bu partlayışların təfərrüatları hələ açıqlanmayıb.
Dünən Səlahəddin vilayətində ABŞ ordusunun logistika karvanına hücum edilib.
İraq parlamenti xarici qoşunların çıxarılmasını təsdiqlədikdən və Bağdadın bununla bağlı gecikməsindən sonra Amerika koalisiyasının logistika karvanları həftədə bir dəfə, bəzən isə gündə bir neçə dəfə yol kənarına yerləşdirilən bombalarla hədəfə alınır.