Suriya Demokratik Kürd Qüvvələri yüzlərlə İŞİD terrorçusunu azad edəcək

Suriya Demokratik Kürd Qüvvələri (SDKQ) həbsdə olan yüzlərlə İŞİD terrorçusunu azad etməyə hazır olduğunu açıqlayıb. Əl-Ərəbi əl-Cədidin iddiasına görə, azad ediləcək 700-ə yaxın İŞİD üzvünün terrorçulara və mülki şəxslərə qarşı cinayət törətdikləri sübut olunmasa onlar azadlığa buraxılacaq. Bu barədə məlumatı Rasthaber-ə istinadən Operativ.tv verib.

Yerli mənbələrin məlumatına görə, “Azad ediləcək İŞİD terrorçularının açıqlanan siyahısına 2014-2021-ci illər arasında SDQ tərəfindən saxlanılan və Rakka, Göyran, Təbkə, Həsəkə, Çərkin, Alaya, əl-Malikiyə, əş-Şədadidə həbs edilən şəxslər daxildir. Xəbərə görə, həbsxanalardakı İŞİD məhbuslarının sayı ilə bağlı dəqiq statistika olmasa da, onların 3 min nəfəri 54 müxtəlif ölkə vətəndaşlarıdır. Məhbusların təxminən 4000-nin suriyalı, 4000-nin isə iraqlı olduğu bildirilir.

ABŞ-a bağlı Suriya Demokratik Kürd Qüvvələri (SDQ) Suriyanın şimal və şimal-şərqində qeyri-qanuni yerləşib və ölkənin neft ehtiyatlarını talamaqla yanaşı, Suriyada xalqa və qüvvələrə qarşı hücumlar həyata keçirir.