Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapılıb

Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapılıb

Hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidəki zibil qablarından birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(apa)