Səudiyyəli muxalif: İkinci Camal Qaşıqçı olmaqdan qorxuram

İngiltərədə polisin mühafizəsi altında yaşayan Səudiyyə Ərəbistandan olan muxalif və satirist Qanem Əl-Masarir, ""Washington Post"dan köşə yazmaq üçün təklif aldım, ancaq ikinci Camal Qaşıqçı olmaqdan qorxduğum üçün təklifi qəbul edib etməyəcəyimi bilmirəm", - deyib.

Əl-Məsarir telefonu xaker hücumuna məruz qaldığı iddiası ilə Riyad hökumətini İngiltərədə məhkəməyə verib.

Bu barədə Qanem "Anadolu" agnetliyinə müsahibəsində bildirib. 

O qeyd edib ki, "Washington Post'"dan təkli 10 gün bundan qabaq alıb. 

Masarir təklifin şahzadə Məhəmməd bin Salmanın "Washington Post"un sahibi Cef Bezosun telefonuna haker hücumu etdiyi vaxtla üst-üstə düşdüyünü vurğulıb və qəzetdə yazmağa başlamasının mövcud vəziyyəti daha da qəlizləşdirəcəyindən ehtiyatlandığını bildirib:

"Ora getmək, hər an ölümü gözləmək deməkdir. Orada yazsam, daha çox Qərb cəmiyyətinə yaxınlaşmış olaram. Bu isə məni onlar üçün daha təhlükəli edir."

Məsarir Məhəmməd bin Salmanın razılığı olmadan mümkün bir edam qərarının qəbul edilə bilməyəcəyini də vurğulayır.