Səudiyyədə 5 gəncə edam hökmü oxunub

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, bəzi xəbər mənbələri həbsxanada olan 21 Səudiyyə gəncindən beşinin ölüm cəzası ilə üz-üzə qaldığını açıqlayıb.

Bu arada, Səudiyyə rəsmiləri 2020-ci ildə kral fərmanlarının bir hissəsi olaraq gənc cinayətkarlar üçün ölüm cəzasını ləğv edəcəklərini açıqlayıblar.

Bir çox beynəlxalq insan haqları təşkilatları Səudiyyə qanunlarındakı boşluqların bu ölkənin hakimlərinə uşaqlara ölüm hökmü çıxarmağa davam etməsinə görə etiraz edirlər.

Qeyd olunur ki, hazırda Səudiyyə həbsxanalarında saxta ittihamlarla 21 azyaşlı məhbus həbs olunmuşdur.