Səudiyyə Yəməni bombaladı: Qadınlar və uşaqlar qətlə yetirildi

Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiya Yəmənin paytaxtı Səna şəhərini bombalayıb.

 

Az.rasthaber.com "Al-Masirah"-a istinadən xəbər verir ki, nəticədə 23 dinc sakin həyatını itirib; qurbanların arasında çox sayda qadın və uşaqlar da var.

Dağıntılar altında da insanların qaldığı qeyd edilib.

Bildirilib ki, koalisiya əl-Libi yaşayış rayonuna hava hücumu edib. 5 yaşayış binası tam dağılıb, daha onlarla bina da zədələnib.